İlham Əliyev Rusiya ilə vacib sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş” təsdiqlənib. 

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Qeyd edək ki, sənəd 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanıb.