Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın paytaxtı Berlin şəhərinə səfəri gözlənilir.
Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib.
Səfərin aprelin 26-da baş tutacağı bildirilir. Məlumata görə, gələn həftə Almaniya kansleri Olaf Şolts Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
“İkitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik siyasəti, o cümlədən iqtisadi və enerji mövzuları müzakirə olunacaq”, – deyə o qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev sonuncu dəfə bu ilin fevral ayının 17-də Almaniyaya səfər edib. Dövlət başçısı Münhendə Şolts və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Gununsesi.info