İlham İsmayıl:  "İstər DTX, isərsə də Xarici Kəşfiyyat Xidməti şərəflə öz funksiyasını yerinə yetirir"

  • By admin
  • 22 Sentyabr 2020 11:52

“Deməli, bu xidmətlər üzərlərinə düşən vəzifənin öhdəsindən məharətlə gəliblər ki, ölkə rəhbəri bunu xüsusi vurğulamağı vacib bilib”

İki gün əvvəl Prezident İlham Əliyev ölkədəki ictimai-siyasi vəziyyətlə əlaqədar, xüsusilə Qarabağ probleminin həlli istiqamətində ciddi mesajlar verib. Bütövlükdə vəziyyəti dəyərləndirən prezident Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinə yüksək qiymət verərək onların “olduqca səmərəli fəaliyyət göstərdiyini” vurğulayıb. 

Gununsesi.info bildirir ki, Moderator.az təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıldan ölkənin xüsusi xidmət orqanlarının ünvanına deyilənləri şərh etməsini xahiş edib.

İ.İsmayılın fikirlərini diqqətinizə çatdırırıq.

“İstənilən ölkənin xüsusi xidmət orqanı dövlətin təhlükəsizliyinin əsas sütunu hesab edilir. Bir şərtlə ki, xüsusi xidmət orqanı qarşısında məhz dövlətin mənafelərini qorumaq, dövlətçilik maraqlarına xidmət etmək tapşırıqları verilsin. Bu sahədə söz sahibi də bu prinsipləri üstün tutan peşəkar, siyasi hazırlığı, idarəetmə təcrübəsi olan şəxs olsun. Təəssüf ki, 11 ildən çox ölkənin vacib güc strukturuna tamamilə bu işə yad olan, yalnız sərhədsiz talançılıq iştahası olan biri başçılıq etdiyindən, təhlükəsizlik xidməti öz üzərinə düşən vəzifələri deyil, ona rəhbərlik edənlərin şəxsi varlanmasını və hakimiyyətdə söz sahibi olmasını təmin etməklə məşğul olmuşdu. Nəticədə xarici kəşfiyyat və konkret olaraq ölkəyə düşmən mövqedə dayananlar Azərbaycanda sərbəst təxribatlarla məşğul olmuş, ölkənin maraq və mənafeləri satılmışdır. İş o yerə çatmış oldu ki, bu təşkilatın əməkdaşları arasında  vətənin maraqlarını  başqa ölkəyə satanlar, onlara xidmət edənlər belə aşkar olundu. Peşəkar kadrların uzaqlaşdırılması və bu sistemin əlifbasına belə uyğun olmayanların xidmətə götürülməsi böyük ziyan vurdu və onun nəticələrini aradan qaldırmaq zaman tələb edir.

Gununsesi.info