İlham İsmayılın bacısı oğlu koronavirusdan vəfat etdi

  • By admin
  • 23 İyun 2020 17:04

Təhlükəsizlik üzrə ekspert İlham İsmayılın bacısı oğlu koronavirus infeksiyasından dünyasını dəyişib.

Gununsesi.org xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. İlham İsmayıl xəbəri Yenisabah.az-a təsdiqləyib. Onun sözlərinə görə, bacısı oğlu bundan əvvəl infarkt keçirib. “Həm də həddindən artıq kök idi. Bu tərəfdən də koronavirus infeksiyasına yoluxub və görünür ki, ilk gündən bunu bilməyib. Vəziyyəti ağırlaşandan təcili yardımla apardılar. Heç bir gün çəkmədi ki, dünyasını dəyişdi”, – deyə ekspert bildirib.

Gununsesi.org