
Bu günlərdə həbsdən azadlığa çıxan “Space” televiziyasının əməkdaşı İlham Mirzəyev mətbuatla təmasa maraq göstərmir. Dəfələrlə onunla danışmaq cəhdlərimiz baş tutmayıb. Bununla belə Gununsesi.info-nun əldə etdiyi məlumatda İlham Mirzəyevin səhhətinin heç də yaxşı olmadığı bildirilib. Məlumata görə, 3 il 6 ay həbs cəzası aparıcının sağlamlığını əlindən alıb: ““Hal-hazırda yaxşı deyil. Heç kimlə danışmaq istəmir. Heç bir mətbuat orqanına müsahibə vermir. Yeni çıxıb həbsdən, hələ özünə gəlməlidir”.
Qeyd edək ki, İlham Mirzəyev həbs edilən digər jurnalistlərdən fərqli olaraq, öz peşəsinə və tənqidi mövqeyinə görə deyil, dələduzluq əməllərinə görə, həbs edilib. Məhz bu səbəbdəndir ki, İlham Mirzəyevin ictimai müdafiəsi də aparılmayıb.