Aparıcı İlham Mirzəyev azadlığa çıxandan sonra ilk dəfə görüntülənib.
Gununsesi.info xəbər verir ki, Xalq artisti Məleykə Əsədova aparıcı və ailəsiylə birgə çəkilmiş fotosunu paylaşıb:
“İlham Mirzəyevin ailəsi ilə birlikdə gözəl bir gün keçirtdik. O qədər mehriban, gözəl ailə tablosu gördüm ki…”
Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunmuşdu. Aparıcı bu ilin iyununda azadlığa çıxıb.
Gununsesi.info