Gununsesi.org həmin müsahibəni sizə təqdim edir:
– Qarabağ elə bir mövzudur ki, nə jurnalistlər, nə siyasətçilər, nə hüquqşünaslar ondan qaça bilmirlər və dəfələrlə fikir bildirilsə də, yenə nələrisə yenidən demək zərurəti yaranır. İndiyədək Qarabağla bağlı çox fikirlər bildirmişəm. Bilirsiniz, qəbul edin ki, öz bildiklərimin bir çoxunu mətbuat vasitəsilə ictimaiyyətə çatdıra bilmirəm. Ən azından bizi düşmən də izləyir. Mən lap əvvəldən də demişdim ki, “5 rayon üstəgəl Dağlıq Qarabağın statusu və ən sonda 2 rayon” həll planı tələdir. Mən bu gün də həmin mövqeyimdə qalıram. Biz beynəlxalq hüquqa dayanaraq ərazi bütövlüyümüzün təmin olunmasını və işğala son qoyulmasını tələb edirik. Yəni konkret olaraq 7 rayonumuzun geri qaytarılmasını istəyirik və Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək status verməyə hazır olduğumuzu bəyan edirik. Ermənilərsə 5 rayonu geri qaytarmaq qarşılığında Dağlıq Qarabağa müstəqillik istəyirlər, bununla da kifayətlənməyib Kəlbəcər və Laçından Ermənistanla Dağlıq