İlham Rəhimov yeni beynəlxalq qurumun rəhbəri oldu - FOTOLAR

  • By admin
  • 15 Sentyabr 2016 17:43

ilham

Yanvarın 19-dan-21-dək Bolqarıstanın paytaxtı Sofiyada “Qara dəniz-Xəzər regionu ölkələrində hüquq nəzəriyyəsi və praktikasının inkişafında aktual problemlər” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

HTML tutorial

Gununsesi.info musavat.com-a istinadən xəbər verir ki, tədbirin yekununda hüquq elmləri doktoru, professor, Azərbaycanın əməkdar hüquqşünası İlham Rəhimovun sədrliyi ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyası yaradılıb.

Dəyirmi masa çərçivəsində Bolqarıstan Hüqüqşünaslar İttifaqının təşəbbüsü ilə İlham Rəhimovun bolqar dilinə tərcümə edilmiş “Cinayətin və cəzanın fəlsəfəsi” kitabının təqdimat mərasimi də keçirilib. Mərasimdə Rusiyadan, Türkiyədən, İrandan, Makedoniyadan və başqa ölkələrdən alimlər iştirak ediblər.

Kitabla bağlı müzakirələrdə Bolqarıstanın vitse-prezidenti M.Popova, Bolqarıstan Elmlər

Akademiyasının rəhbəri, akademik C. Vodeniçarov, Makedoniyadan olan akademik B. Kambovski, Bolqaristan Milli Assambleyasının vitse-ptrezidenti Y. Notev və digər şəxslər fəal iştirak ediblər.

Səfər çərçivəsində həmçinin, İlham Rəhimovun Bolqarıstan Prezident Aparatında vitse-prezident, xanım Marqarita Popova, Konstitusiya Məhkəməsində məhkəmənin sədri Boris Velçev, Elmlər Akademiyasında isə onun sədri akademik Vodeniçarovla görüşləri olub.

ilham3

 

ilham2

 

ilham1

Gununsesi.info