Hüquq üzrə professor, tanınmış iş adamı İlham Rəhimovun köməkçisi Azad Yusif oğlu Məsiyev bu gün 106 saylı DSK-ya müraciət edərək, namizədliyini geri götürüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Axar.az-a Tovuz rayonundakı mənbə bildirib.
Qeyd edilib ki, Azad Məsiyev seçki təbliğatına ciddi şəkildə başlayıb, plakatlarını bütün rayon ərazisində yaydırıb, eyni zamanda görüşlər də müəyyənləşdirib. Lakin bu gün gözlənilmədən geri çəkilib.
Gununsesi.info