İlhamiyyə Rzaya vəzifə verildi

Tanınmış jurnalist İlhamiyyə Rzaya vəzifə verilib. 

Gununsesi.info xəbər verir ki, bu barədə “ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyev feysbuk hesabında yazıb.

HTML tutorial

O bildirib ki, İ. Rza “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edəcək.

Qeyd edək ki, İ. Rza bundan əvvəl qəzet və telekanallarda çalışıb, müxtəlif verilişlərin aparıcısı olub.

Gununsesi.info