İlin ən yaxşı atletlərinin adları açıqlandı

  • By admin
  • 03 Dekabr 2016 08:04

atlet

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (İAAF) 2016-cı ilin ən yaxşı atletlərinin adlarını açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Assosiasiyasının məlumatında bildirilir.

Doqquz qat Olimpiya çempionu, əfsanəvi sprinter  Üseyn Bolt (Yamayka) və efiopiyalı  Almaz Ayana ən yaxşı yüngül atlet seçiliblər.

Qaliblərin adları Monakoda baş tutan mərasimdə açıqlanıb.

Qeyd edək ki, Rio-2016-da Üseyn Bolt 3 qızıl, Almaz Ayana isə bir bürünc və 10 000 m məsafəni qət etməkdə dünya rekordu ilə qızıl medal qazanıb.

Gununsesi.info