İlin ən yaxşı ifaçısı mükafatını qazandı, salonu coşdurdu

  • By admin
  • 24 Noyabr 2020 11:39

ABŞ-dan olan müğənni Teylor Svift “American Music Awards 2020” müsabiqəsində ilin ən yaxşı ifaçısı mükafatını qazanıb.

CNN telekanalı xəbər verir ki, mükafatlandırma mərasimi Los-Ancelesdə baş tutub.

T. Svift eyni zamanda pop-musiqi janrında ən populyar müğənni adına layiq görülüb, onun “Cardigan” mahnısına çəkdiyi klipin videosu isə ilin ən yaxşı musiqili videosu olaraq qiymətləndirilib. Onun bu qələbəsi salonda böyük alqışlarla qarlışanıb.

Qeyd olunur ki, 30 yaşlı T.Svift karyerası ərzində müxtəlif naminasiyalarda 32 dəfə “American Music Awards”ın mükafatçısı olub.

Gununsesi.org