
Ölkənin nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 67,1 mln. ton yük, 805,9 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artımdan xəbər verir.
Sərnişinlərin 96,1%-i və ya 774 milyon 469 min nəfəri avtobus, 3,9%-i və ya 31 milyon 431 min nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.
Gununsesi.info