“İlin ən yaxşı müstəntiqi”nin və “İlin ən yaxşı prokuroru”nun adı açıqlandı

  • By admin
  • 15 Fevral 2023 20:44

Baş Prokurorluqda “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, Xaçmaz Rayon Prokurorluğunun böyük müstəntiqi, ikinci dərəcəli hüquqşünas Əzimli Fərrux Natiq oğlu, “İlin ən yaxşı müstəntiqi”, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, ağır cinayətlərə dair məhkəmələrdə dövlət ittihamının müdafiəsi şöbəsinin Gəncə Ağır Cinayətlər Məhkəməsində prokuroru Rəhimov Rəhim Müşfiq oğlu isə “İlin ən yaxşı dövlət ittihamçısı” seçilib.

Baş prokuror Kamran Əliyev müsabiqənin qalibi olmuş prokurorluq işçilərinə diplom və mükafatlar, həmçinin xidməti vəzifələrinin icrasında fərqlənmiş bir qrup əməkdaşa həvəsləndirmə qaydasında mükafatlar təqdim edib.

Gununsesi.info