İlin adamı kim olacaq - TRAMP, YOXSA KİM ÇEN IN?

  • Müəllif: admin
  • 04 Dekabr 2017 19:16

“Time” jurnalı ənənəvi “İlin adamı” adına namizədlərin adlarını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, siyahıda “Amazon” saytının təsisçisi Ceff Bezos, ABŞ-lı rejissor, “Möcüzə-qadın” filminin müəllifi Petti Cenkins və amerika futbolu oyunçusu, ABŞ-da polis zorakılığına etiraz olaraq himn çalınarkən ayağa qalxmaqdam imtina edən Kolin Kapernik yer alıb.

Siyahıda siyasi fiqurlar arasında Şimali Koreya lideri Kim Çen In, Çin prezidenti Si Tszinpin, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman və ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş rəhbəri Robert Müller də yer alıb.

ABŞ prezidenti Donald Tramp da iki dəfə “İlin adamı” olmaq təklifindən imtina etsə də, siyahıya salınıb.

Gununsesi.info