İlin ilk “Açıq qapı” aksiyasında limitlərin yenilənməsi barədə ətraflı məlumat verildi -Video

2024-cü ilin ilk “Açıq qapı” aksiyasında ötən ilin yanvar-dekabr aylarında əhali sektorunda istehlak edilən təbii qazın limitləri barədə ətraflı məlumat verilib.

İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev çıxışında qeyd edilən dövr ərzində abonentlərin 47,1%-nin yəni 1199375-nin 12 qəpiklik tarifdən yararlandığını bildirib. 20 qəpiklik tarifdən istifadə edənlərin sayı 39,3% , 25 qəpiklik tarifdən istifadə edənlərin sayının isə 13,6% olduğu diqqətə çatdırılıb.

Gununsesi.info xəbər verir ki, limitlərin yenilənməsindən danışan Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu prosesin öncədən ödənişli sayğaclarda (smart-kart tipli) 31 dekabr gecə saat 00-00-dan, sonradan ödənişli sayğaclarda (mexaniki tipli) isə yanvar ayının 10-dək həyata keçirildiyini vurğulayıb.

Şöbə rəisi limitlərin yenilənməsini sıfırlanma kimi başa düşən əhaliyə məlumatların düzgün çatdırılması baxımından media nümayəndələrinə müraciət də edib.

Eldəniz Vəliyev limitlərin yenilənməsini sıfırlanma kimi başa düşən abonentlərə bu proseslərin tamamilə bir-birindən fərqləndiyini qeyd edərək əhaliyə aşılanmasını bildirib.

“Açıq Qapı” aksiyası daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.