İlin ilk doqquz ayında Azərbaycanda 1,7 milyon tondan çox dizel yanacağı istehsal olunub

  • By admin
  • 17 Oktyabr 2016 20:10

neft

 

Bu ilin ilk doqquz ayında Azərbaycanda 1 milyon 720,9 min ton dizel yanacağı, 831,8 min ton avtomobil benzini, 131,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 473,8 min ton ağ neft, 435,3 min ton yanacaq mazutu, 7,7 min ton sürtgü yağları, 138,5 min ton neft bitumu və 280 min ton neft koksu istehsal edilib.

Gununsesi.info xəbər verir ki,Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-sentyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 957,1 milyon manat olmaqla 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz azalıb. Neft məhsullarından sürtgü yağlarının istehsalı 57,7 faiz, dizel yanacağının istehsalı 19,1 faiz, neft koksunun istehsalı 5,9 faiz, avtomobil benzininin istehsalı 8,3 faiz, ağ neftin istehsalı 7,5 faiz azalıb, yanacaq mazutunun və neft bitumunun istehsalı isə artıb.

Gununsesi.info