İlin sonunadək 6000-ə qədər məcburi köçkün yeni mənzillərə köçürüləcək - AÇIQLAMA

  • By admin
  • 13 Sentyabr 2019 19:16

Qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması prosesi davam edir.

Gununsesi.org-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

HTML tutorial

Komitə sədrinin sözlərinə görə, bununla bağlı mütəmadi iş aparılır: “Cənab Prezidentin tapşırığına əsasən, bu ilin sonuna kimi 6000-ə qədər məcburi köçkün mənzillə təmin olunacaq”.

 

Gununsesi.org