Baydenlə Putinin görüşü gözlənilir -Dmitri Peskov

  • By admin
  • 16 Dekabr 2021 14:01

“ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında ilin sonunadək danışıqlar ola bilər”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında ilin sonunadək danışıqlar ola bilər. Ancaq hələ bu baradə razılaşma yoxdur”, – o deyib.

Qeyd edək ki, bu il dekabrın 7-də prezidentlərin videokonfrans formatında görüşü keçirilib.

Gununsesi.info