
Bu ilin sonuna kimi Xocasəndə inşa olunan qatar deposu və metro stansiyası istifadəyə verilə bilər.
Gununsesi.info-nun xəbərinə görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.
O bildirib ki, hazırda stansiyada tikinti işləri davam etdirilir.:
“Aparılan tikinti-quraşdırma işlərinin ilin sonuna qədər başa çatacağı və bu ilin sonuna qədər qatar deposu və yerüstü stansiyanın istifadəyə verilməsi gözlənilir”, – H.Məmmədov bildirib.
Gununsesi.info