![](https://www.gununsesi.info/wp-content/uploads/2021/03/unnamed-6.jpg)
Qax rayonunun İlisu kəndinə dolu yağıb.
Gununsesi.info xəbər verir ki, təxminən beş dəqiqə davam edən dolunun diametri 10-20 millimetr olub.
Kənd sakinləri bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.
Qeyd edək ki, bu gün şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub, ildırımla müşayiət olunan leysan yağışı yağıb və dolu düşüb.
İlisu kəndi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir.
Gununsesi.info