İlk dəfə Bakıda

  • By admin
  • 22 Mart 2024 08:49

Bu gün FİFA-nın yeni layihəsi olan “FİFA series – Edition 2024”ün Bakıda keçiriləcək matçlarına start veriləcək.

Gununsesi.info xəbər verir ki, ilk oyun günü “Liv Bona Dea Arena”da başlayacaq.

Layihənin ilk qarşılaşmasında Tanzaniya və Bolqarıstan yığmaları üz-üzə gələcək. Afrika və Avropa təmsilçilərinin dueli tarixi hadisə ilə əlamətdar olacaq. İlk dəfə Afrika ölkələrindən birinin əsas millisi Bakıda meydana çıxacaq.

Qeyd edək ki, görüş saat 17:00-da başlayacaq.

“FİFA series – Edition 2024”
22 mart
17:00. Tanzaniya – Bolqarıstan

Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
“Liv Bona Dea Arena”

 

Gununsesi.info