İlk dəfə “F-35” avtomobil yoluna eniş etdi

  • By admin
  • 23 Sentyabr 2023 17:59

Finlandiyada maraqlı olay yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, vu ölkənin ordusuna aid iki “F-35” döyüş təyyarəsi Finlandiyada gerçəkləşdirilən tətbiqatdan sonra bir avtomobil yoluna eniş edib.

Bu, “F-35”  savaş təyyarələrinin özəl platformadan başqa avtomobil yoluna ilk enişi olub.

Norveç Kral Hava Qüvvələri açıqlamasıdan Finlandiyada yaşanan avto magistrala eyniş olayını təsdiqləyib.

Bildirilib ki, bu, yalnız Norveç Hava Qüvvələri üçün deyil, həm də bütün NATO ölkələri üçün bir dönüş nöqtəsidir.

Norveç qurumu açıqlamasında təyyarələrin avtomobil yoluna eniş etməsini yüksək səviyyəli bacarığı ilə də əsaslandırıb.

Təyyarələr qısa müddət sonra yenidən havaya qalxıb.

 

Tərcümə: Arzu

Gununsesi.info