Hakimə hücum edən Deobra Redden bu dəfə xüsusi ehtiyat tədbirləri ilə məhkəmə zalına gətirilib.
Gununsesi.info xəbər verir ki, Reddenin maska və əlcək taxdığı, qollarının isə zəncirlə bağlandığı görülüb. 30 yaşlı Reddenin beysbol çubuğu ilə bir adama hücum etdiyi üçün 4 ilə qədər həbs cəzası aldığı öyrənilib.
Xatırladaq ki, ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində şərti azadlığa buraxılma tələbi rədd edilən müttəhim Deobra Redden keçən həftə məhkəmə iclasında hakim Kay Holthusa hücum edib. Holtus kürsü altında gizlənərkən, Redden təhlükəsizlik qüvvələri tərəfindən aparılıb.
İkinci dinləmə üçün xüsusi ehtiyatla alınan Redden maska, əlcək və zəncirlə salona gətirilib.
Gununsesi.info