Dünyada ilk insanları müasir insanların yoluxduğu xəstəliklər məhv edib. Afrikadan Avropaya gələn ilk insanların – Neandertalların nəslinin tükənməsinə səbəb olan xəstəliklər məlum olub. Araşdırmalar onu göstərir ki, müasir insanlar o vaxt da virus daşıyıblar. Virus daşıyıcısı olanlar xəstəliyi Neandertallara keçiriblər. Yoluxduqları xəstəliklər səbəbindən Neandertal insanların nəsli sürətlə tükənməyə başlayıb.
Gununsesi.info xəbər verir ki, Kembric Universitetindən olan mütəxəssis Şarlotta Holdkroft ilə Oksford Brookes Universitetindən olan Simon Underdovna Neandertal insanların məhv olmasının səbəblərini araşdırıb. Neandertal insanın DNT-sinin daş dövründə qarşılaşdıqları xroniki xəstəliklərlə mübarizə apararaq həyatda qalmağa çalışdığını sübut etmək istəyən mütəxəssislər bunun təsadüf olmadığını iddia edir. Viruslar məhz müasir insanlar tərəfindən yayılıb.
Mütəxəssislər bir çox mikrobların müasir insanlarda ilk olaraq nə zaman xəstəliklərə yol açdığını araşdırıb. Bunu öyrənmək üçün bir sıra müxtəlif genetik testlər aparılıb. İlkin nəticələrə görə, insan orqanizmində ölümcül xəstəliklərə yol açan ilk mikrobun 8000 il əvvəl aşkarlandığı bilinib. Bu təxminən kənd təsərrüfatı və maldarlığa keçiddən sonra heyvanlarla ünsiyyət zamanı insanlara keçən yoluxucu viruslardır.
Lakin son illərdə aparılan araşdırmalar onu göstərir ki, bənzər xəstəlikləri yaradan viruslar çox daha əvvəl mövcud olub. Bu isə qədimdə Afrikadan çıxan insanların bu xəstəlikləri daşıdığı və Neandertallarla qarşılaşanda onları da yoluxdurduğunu sübut edir.
Alimlərin fikrincə xəstəlik insanları birdən birə deyil, tədricən məhv edib. Kembric Universitetindən olan mütəxəssis Şarlotta Holdkroftun fikrincə, sağlamlıqlarında yaranan problemlər tədricən onların yer üzündən silinməsinə gətirib çıxarıb: “Onlar bilmədən bu virusları bir-birlərinə də ötürdükləri üçün məhv olmağa məhkum olublar”.
Şarlotta Holdkroftun sözlərinə görə, bu gün həmin infesksiyalar, xəstəliklər insanları öldürmür. Sadəcə, müalicəsi mümkün olan yüngül problemlər yaşadır. Lakin o dövrdə, Neandertal insan bu xəstəliklərlə tanış olmadığı üçün onunla mübarizə aparmaq gücünə malik olmayıb.
Genetik testlər 50 min il bundan əvvəl Neandertalların sayının az olduğunu göstərib. Hər biri 15-30 nəfərdən ibarət olan Neandertal icmalar xəstəlik səbəbindən fiziki bacarıqlarından məhrum olublar. Xəstəlik onları taqətdən salıb. Ovçuluq və yığıcılıq kimi məşğuliyyətlərlə özlərinə qida əldə edən Neandertallar bu qabiliyyətlərini itirməklə daha da ağır vəziyyətlə qarşılaşıblar. Müasir insanların sayının artdığı zamanda onların nəsli tükənməyə doğru gedib.
Neandertal insanların nəslinin kəsilməsinə tək səbəb xəstəliklər deyildir. Məlum səbəblərdən biri iqlim dəyişkənliyidir. Bir çox mənbələrdə onların ölümünü açıqlayan yeganə nəzəriyyə də məhz budur.
Araşdırmaları davam etdirən mütəxəssislər inanırlar ki, daha yeni materaillar əldə edəcəklər: “Bu kimi faktorlar çoxdur. Sadəcə, biz genetikada geniş izlər əldə edə bilmədik. Ümumiyyətlə, bütün genlərin siyahısını tərtib edib bir-bir test etmək lazımdır. Genetik qeydiyyat və insanların gündəlik həyatlarını canlandırma yolu ilə 40 min il əvvəl yaşamış əcdadlarımızın üzləşdiyi problemləri ortaya şıxara bilərik”.
Gununsesi.info