
“İlk qoldan sonra əhval-ruhiyyəmiz aşağı düşdü“.
Gununsesi.info-nun məlumatına görə, bunu Türkiyə yığmasının baş məşqçisi Vinçenzo Montella Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının qrup mərhələsinin II tur oyunu barədə danışarkən deyib.
Mütəxəssis toparlanmağa çalışdıqları müddətdə ikinci qolu buraxdıqlarını söyləyib: “İlk 20 dəqiqədə qol vurmağa yaxın idik. Bu səviyyədə rəqiblərə qarşı əlinə düşən fürsəti dəyərləndirməsən, işin çətinləşir. Ümumiyyətlə pis oyun keçirdiyimizi düşünmürəm. Yolumuz uzundur. Bir-birimizə inanırıq”
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
Gununsesi.info