İlk səfərim Avropa ölkələrinə olacaq - GÜRCÜSTANIN YENİ PREZİDENTİ

  • Müəllif: admin
  • 29 Noyabr 2018 15:47

Salome Zurabişvili Gürcüstan Prezidenti vəzifəsində ilk səfərini Avropa ölkələrinə etməyi planlaşdırır.

Gununsesi.org-un  xəbərə görə, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

S.Zurabişvili Brüssel, Berlin və Parisə səfər edəcəyini qeyd edib: “İlk səfərimin Avropa ölkələri və ötən gecə prezident seçilməyim münasibətilə məni ilk təbrik edən qadın prezidentin olduğu Baltikyanı ölkəyə (Litva – red.) olacağına heç kəs təəccüblənməz”.