İlk yük qatarı Azərbaycandan İrana 330 ton yük aparıb

  • By admin
  • 09 Fevral 2018 16:52

İlk yük qatarı Azərbaycandan İranın Astara şəhərinə 330 ton yük aparıb.

İranın Azərbaycandakı səfirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, bu pilot layihə olub.

Pilot layihədə 6 yük vaqonundan hərəsində 55 ton yük olub. Pilot layihə üzrə hərəkət edən qatar Sankt-Peterbuq şəhərindən çıxıb və Azərbaycan üzərindən keçməklə İranın Astara şəhərinə keçib. Məqsəd “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin gələcək fəaliyyətini yoxlamaq olub.

Pilot layihə əsasında Astaraya gedən yük qatarı ilə bağlı mövqeyini açıqlayan “İran dəmiryolları”nın şimal-qərb üzrə rəhbəri Əli Xodayi deyib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yekunlaşdırılması Azərbaycanla İran arasındakı ikitərəfli iqtisadi əməkdaşlığın əsas prioriteti hesab olunur: “Astara-Astara marşrutunun yaradılması iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmlətməklə yanaşı, qarşılıqlı  əməkdaşlığı əhəmiyyətli dərəcədə artıracaq. Bu yolla neft məhsulları, minerallar, taxıl, inşaat materialı olan MDF və digər materiallar daşınacaq”.

Mürtəza

Gununsesi.info