“Azərbaycanın ikinci böyük şəhərində günahsız mülki şəxslər Ermənistanın raket hücumuna məruz qalırlar. Humanitar atəşkəsə dair məsuliyyətsiz çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, Gəncədə 20-dən çox ev dağıdılıb”.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.
Gununsesi.info