Ancaq bəzən elə hallar olur ki, boşanmadan uzun müddət sonra əmlak bölgüsü üçün müraciət edilir.
Bəs bu zaman proses necə olur?
Ümumiyyətlə, uzun müddət sonra əmlak bölgüsü üçün müraciət etmək olarmı?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, bəli, bu, mümkündür, ancaq bu halda:
“Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Yəni 3 il ərzində iddia qaldırmaq mümkündür. 3 ili keçərsə, bu, artıq mümkün deyil”.












