Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Gununsesi.info-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 63 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
Gununsesi.info