İllər sonra Hüseyn Dəryanın öldüyü qəzanın görüntüləri yayıldı - VİDEO

  • By admin
  • 21 Aprel 2018 09:00

Mərhum reper Hüseyn Dəryanın yol qəzası nəticəsində ölümü illər sonra da müzakirə mövzusudur. Bir çoxları hesab edir ki, bu sıradan yol qəzası deyildi, reper bilərəkdən intihar edib. Buna səbəb isə onun şəxsi problemləri olub.

Gununsesi.info xəbər verir ki, 14 mart 2014-cü il tarixində, gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdi. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, repçi Hüseyn Dəryanın idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpılıb.Nəticədə ağır xəsarətlər alan H. Dərya 15 mart 2014 -cü il tarixində səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. (birxeber.az)

Gununsesi.info