Fransa insanları heyrətə salan bir hadisənin şokunu yaşayır.
Gununsesi.info xəbər verir ki, ölkədə çoxlu uşaq və böyüklərin ölümünə və zorlanmasına görə məsuliyyət daşıyan şəxsin polis tərəfindən axtarışda olmasına baxmayaraq, adını gizlətməkdən belə çəkinmədən milli televiziya kanalında yarışma proqramına çıxdığı məlum olub.
Fransız serial qatil Fransua Verovenin 2019-cu ildə ölkənin məşhur “Tout le monde veut prendre sa place” (Hər kəs öz yerini tutmaq istəyir) adlı yarışma proqramlarından birində iştirak etdiyi məlum olub. Verovenin bu proqrama qatıldıqdan 2 il sonra tutulacağını anlayaraq intihar etdiyi də açıqlanıb.
Fransa ictimaiyyətinin yaxşı tanıdığı aparıcı Nagui Famın suallarını rahatlıqla cavablandıran Verovenin tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandığı da görülüb. “Marianne” adlı jurnal, adını gizlətməyə belə ehtiyac duymayan Verovenin proqrama qatıldığını ortaya çıxarıb. Verovenin həyat yoldaşı və iki uşağı ilə Fransanın cənubundakı La Grande-Motte qəsəbəsində yaşadığı və yerli sakinlər tərəfindən sevilən bir insan olduğu da açıqlanıb.
2021-ci ildə gündəlik kirayə qaldığı evdə həddindən artıq dozada dərman qəbul edərək ölən 59 yaşlı Verove intihar məktubu yazıb və onu çılğınlığı və qəzəbi cinayətkar etdiyini bildirib. Verovenin yazdığı məktubda belə bir ifadə yer alıb: “Elə vaxtlar olub ki, buna dözə bilməyib, bir günahsız insanı məhv edib, ləkələyib öldürməli olmuşam”.
DNT analizinə görə, Verove 1986-cı ildə Parisdə 11 yaşında ölü tapılan Cecile Blochun qətlini törədib. Verovenin o vaxtdan bəri Fransa polisi tərəfindən axtarılan digər qurbanları arasında 38 yaşlı Gilles Politi və 20 yaşlı alman tələbəsi İrmqard Müller də var. Hər iki şəxsin 1987-ci ildə Parisdə öldürüldüyü qeyd edilir.
Verovenin ən az 2 başqa uşağa təcavüz etdiyi məlum olsa da, onun 1994-cü ilə qədər cəmi 31 qətl və zorlamada iştirak etdiyi qeyd edilir. Bildirilib ki, bu, polislər arasında “Sızanaq adamı” kimi tanınan Verovenin qurbanlarının üzündə fərq etdiyi bir detaldır.
Adını açıqlamayan Verovenin həyat yoldaşı ərinin serial qatil olduğunu heç vaxt düşünmədiyini bildirib. Polis məmuru işlədiyi öyrənilən və qonşuları tərəfindən sevilən Verove Fransa 2 adlı dövlət televiziyasında anonim çıxış edərək, Fransa polisinin sərt tənqidinə səbəb olub.
“Marianne” adlı jurnalın dərc etdiyi görüntülərdə aparıcının “La Grande-Motte-dən Fransua” kimi təqdim etdiyi serial qatilin heç bir narahatlıq əlamətinin görünməməsi də diqqət çəkib. O, asayişi təmin edən qüvvələrdəki işindən danışır, əvvəlcə piyada patrul etdiyini, sonra isə motosiklet polisi briqadasına qoşulduğunu deyir. Olimpiada və vərəm peyvəndi ilə bağlı iki ümumi bilik sualını cavablandıran Verove bu sualları səhv bildiyi üçün yarışmadan kənarlaşdırılır.
Gununsesi.info