İllərlə anasının cəsədini saxlayıb, səbəbi isə dəhşət doğurur

  • By admin
  • 20 Sentyabr 2019 21:03

Gununsesi.org xəbər verir ki, Almaniyanın paytaxtı Berlində bir kişi anasının pensiyasını almaq üçün illərlə onun cəsədini gizlədib. Uve Haynin anası Gerda Anna Mariya 2017-ci ilin 3 may tarixində 85 yaşında vəfat edib. 

Lakin Uve anasının pensiyasını davamlı almaq üçün onun ölümünü və cəsədini hər kəsdən gizlin saxlayıb. Belə ki, Uve tabut taparaq anasının cəsədini tabuta qoyub, onu isə evin çardağında gizlədib.

Bu ilin iyulunda evində dostu ilə dava etdiyi üçün mənzilinə polis gəlib. Polis yaşayış qeydiyyatında onun anası Gerda Anna Mariyanın da adını görüb, anası barəsində suallar verib.

Uvenin suallara şübhəli cavab verdiyini görüb, polis evdə və çardaqda axtarış aparıb. Bu zaman isə onun iki il tabutda saxlnılan anasının cəsədi ortaya çıxıb.

Uve özünə haqq qazandıraraq, 470 avro pensiya aldığını, 950 avro ev kirayəsi verdiyini deyib: “Həyat standartlarımızı pozmamaq üçün bu cür addım atdım. Yəqin ki, anam da bu cür olmasını istəyərdi”.

O da məlum olub ki, Uve qonşularına anasının İspaniyaya getdiyini və uzun müddət orada qalacağını deyib.

57 yaşlı Uve sərbəst buraxılıb, lakin dövlətdən fırıldaq yolu ilə pul aldığı üçün pul cəriməsi ilə cəzalandırılıb.

 

 

Gununsesi.org