İlon Mask açıqlama verdi, “Bitcoin” kəskin ucuzlaşdı

  • By admin
  • 13 May 2021 11:33

“Bitcoin” 15,29 faiz ucuzlaşıb və 46,8 min dollara satılıb.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, kriptovalyuta “Tesla”nın CEO-su İlon Maskın açıqlamasından sonra kəskin dəyər itirib.

Belə ki, o, “Bitcoin”in ətraf mühitə zərər verdiyini əsas gətirərək, bundan sonra bu virtual pulla “Tesla” almağın mümkün olmayacağını bəyan edib.

Açıqlamadan sonra “Bitcoin” ucuzlaşmağa başlayıb.

Qeyd edək ki, gecə saatlarında kriptovalyutanın qiyməti təxminən 51,1 min dollar olub.

 

Gununsesi.info