
Amerikalı milyarder İlon Mask ötən həftə ərzində 14,5 milyard dollar itirib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Forbes” yayıb.
Milyarderin sərvəti hazırda 187,9 milyard dollar olaraq qiymətləndirilir. Maskın sərvəti səhmdarların “Tesla” şirkətinin gəlirliliyi ilə bağlı ehtiyatlarına görə azalıb. Buna baxmayaraq, o, ABŞ-nin ən varlı sahibkarı və dünyanın ikinci ən varlı şəxsi olaraq qalır.
Qeyd edək ki, ötən həftə ərzində “Tesla” şirkətinin səhmləri 10,8% enib.
Gununsesi.info