İlon Mask ChatGPT-yə rəqib olmaq üçün yeni çılğın həmlə başlatdı

  • By admin
  • 28 Fevral 2023 19:22

Dünyaca tanınmış iş adamı və milyarder, texnologiya mühəndisi İlon Mask suni zəka texnologiyası ChatGPT-yə rəqib olmaq üçün heyət qurur.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “SpaceX” və “Twitter”in sahibi və idarəçisi olan İlon Mask “OpenAl” iştira edilən suni zəka robotu ChatGPT ilə rəqabət aparmaq üçün yeni bir laboratoriya qurmaqla bağlı suni zəka araşdırmaçılarına müraciət edib.

Mask bununla bağlı “Alphabet”in Deep Mind suni zəka qurumundan yaxın zamanda ayrılan araşdırmaçı İqor Babuşkini işə alır.

Hətta bununla bağlı cütlüyün həmin proyekti görüşərək müzakirə etmələri də mətbuatda yazılanlar arasındadır.
Məlumata görə Maskin layihəsi hələlik ilkin mərhələdədir.
Xatırladaq ki, mətn, şeir və kompüter kodu yaza bilən mətn əsaslı bir söhbət robotu olan ChatGPT-nin qurucuları arasında yer alan Mask 2018-ci ildə İdarə Heyətindən ayrılmışdı.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info