İlon Mask iti “Twitter”in “baş direktor”u təyin etdi - FOTOLAR

  • By admin
  • 15 Fevral 2023 09:23

Amerikalı sahibkar İlon Mask Şiba İnu cinsindən olan iti “Twitter”ə “baş direktor” təyin edib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Twitter”in yeni baş direktoru sadəcə əladır. O digər oğlandan qat-qat yaxşıdır!”, – Mask CEO-nun kreslosunda oturan itin yayımlanan fotosun şərh yazıb.

Onun sözlərinə görə, “Floki” adlı it rəqəmlərlə əladır və öz üslubuna malikdir. Mask ev heyvanının bu iş üçün mükəmməl olduğuna əmin olduğunu bildirib.

Gununsesi.info