
Amerikalı milyarder İlon Mask Los-Ancelesdəki malikanələrindən birini 29 milyon dollara satıb.
Gununsesi.org bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr qeyd edib ki, malikanə əvvəlcə 30 milyon dollara satışa çıxarılıb.
İ.Mask evi 2012-ci ildə “Canyon Capital” şirkətinin təsisçisi Mitçel Culisdən 17 milyon dollara alıb.
Bundan başqa, İ.Maskın Los-Ancelesdə daha beş əmlakının olduğu bildirilir.
Gununsesi.org