Kolumbiya prezidenti Qustavo Petro amerikalı iş adamı İlon Maskı nasistliyə meylli olmaqda ittiham edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, qeyd edib ki, istənilən vaxt X sosial şəbəkəsindəki hesabını bağlaya bilər.
“Fikirlərimi ifadə etdiyim yerdə nasizmə meylli bir adam var, İlon Mask hər an hesabımı bağlayacaq. Ona görə də Pinoçetin “barbarlıq qarşısında susmaq” tezisi həmişəkindən daha çox tətbiq edilir”, – deyə dövlət başçısı vurğulayıb.
Petro diqqətə çatdırıb ki, müasir dünyada sosial şəbəkələr öz alternativ imkanlarını nümayiş etdirib və indi ən varlı insanlar onları əldə edirlər.
Gununsesi.info