İlon Mask Trampın bloklanmış Twitter hesabını açdı - AÇIQLAMA

  • By admin
  • 21 Noyabr 2022 00:19

Twitter-in yeni sahibi İlon Mask sosial media platformasında keçirdiyi sorğudan sonra  ABŞ-ın keçmiş prezidenti Donald Trampın şəxsi hesabının yenidən açılacağını açıqlayıb.

Gununsesi.info ABŞ mediasına istinadən bildirir ki, “Xalq danışdı, Tramp qayıdacaq” deyən Mask, sorğuda iştirak edən 15 milyondan çox Twitter istifadəçisinin 51,8%-nin hesabının Trampa qaytarılmasını dəstəklədiyini qeyd edib. Maskın mesajı latın dilində “Vox Populi, Vox Dei” deməkdir ki, “Xalqın səsi Allahın səsidir”  ifadəsini də işlətmişdir.

Qeyd edək ki, noyabrın 18-də Mask, “Trampın hesabı geri verilməlidirmi?” sualı ilə sorğuya başlayıb.

Tərcümə:

Afət