
“Twitter” sahibi İlon Mask bloklanmış hesabları bərpa etmək niyyətindədir”.
Bu barədə Gununsesi.info milyarderin sosial şəbəkədəki şəxsi hesabına istinadla xəbər verir.
O, 3 milyondan çox insanın iştirak etdiyi sorğunun nəticələrinə əsasən müvafiq qərar qəbul edib.
Sorğuda iştirak edənlərin 72,4%-i qanunu pozmadığı və spamla məşğul olmadıqları halda dayandırılmış hesabların bərpasını dəstəkləyib.
“Xalq öz sözünü dedi. Amnistiya gələn həftə başlayacaq. Vox Populi, Vox Dei”, – Mask deyib.
Xatırladaq ki, Mask bu yaxınlarda ABŞ-ın keçmiş prezidenti Donald Trampın Twitter hesabını bərpa edib.
Gununsesi.info