İlon Mask “Twitter”də ixtisarlara başlamağı ƏMR ETDİ

“Twitter”in yeni sahibi İlon Mask şirkətin işçilərini ixtisar etməyə başlamağı əmr edib.

Bu barədə Gununsesi.info NYT-yə istinadla xəbər verir.

HTML tutorial

Bəzi rəhbərlərdən işdən çıxarılacaq işçilərin siyahılarını tərtib etmələri istənilib. İxtisarların miqyası hələ müəyyən edilməyib.

İşdən çıxarılmalar noyabrın 1-dən əvvəl, işçilərin təzminatlarının bir hissəsi kimi səhm qrantları almalı olduqları vaxt baş verəcək. Belə qrantlar adətən işçilərin əmək haqqının əhəmiyyətli hissəsini təşkil edir. Həmin tarixdən əvvəl işçiləri işdən çıxarmaqla Mask qrantları ödəməkdən yayına bilər.

Hazırda “Twitter”in 7500-ə yaxın əməkdaşı var.

Xatırladaq ki, Maskın “Twitter”i almaq planları aprel ayında məlum olub. Lakin o, iyul ayında təklifini geri götürüb. Şirkət sövdələşməni dayandırdığı üçün iş adamını məhkəməyə verib.

“SpaceX”in təsisçisi oktyabrın 17-21-nə təyin edilmiş məhkəmə qarşısına çıxmalı idi. Bununla belə, görüş ərəfəsində milyarder sövdələşməni başa çatdırmağa hazır olduğunu bildirib.

Gununsesi.info