İlon Maska Ağ Evdə ofis verildi

Amerikanın aparıcı qəzetlərindən olan New York Times-ın xəbərinə görə, texnologiya milyarderi İlon Maskın Ağ Ev kompleksində ofisi olacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən zəngin adamı olan Musk, Donald Trampın dövründə dövlət xərclərini azaltmağı hədəfləyən Hökumətin Səmərəliliyi (DOGE) katibi vəzifəsini icra edəcək.

New York Times qəzetinin yazdığına görə, SpaceX-in yaradıcısına Ağ Evin düz yanında yerləşən Eyzenhauer İcraçı Ofisinin binasında yer ayrılıb.

Maskın Trampın ofisinə, Qərb Qanadına daxil olmaq üçün xüsusi icazənin olub-olmayacağı hələ dəqiq deyil.

DOGE adlanan yeni hökumət departamentinə Musk və amerikalı milyarder Vivek Ramasvami rəhbərlik edəcək.

Hökumətdən müqavilə alan Maskın prezidentə bu qədər yaxın olması da tənqid mövzusudur.

Orxan Saffari

Gununsesi.info