İlon Maskdan Ukrayna prezidentinə dialoq çağırışı

  • By admin
  • 11 Noyabr 2023 12:08

Amerikalı milyarder İlon Mask Ukrayna Silahlı Qüvvələrinin əks hücumu üçün heç bir perspektiv görmür.

Gununsesi.info xəbər verir ki, Mask bununla əlaqədar olaraq Leks Fridmanın podkastında çıxış edərək, Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya prezindeti Vladimir Putinlə danışıqlara başlamağa çağırıb.

“Mən ona məsləhət görürəm ki, ukraynalı gəncləri səngərdə ölməyə göndərməsin”, – iş adamı deyib. Maskın sözlərinə görə, “Putinlə dialoq aparıb-yaratmamasından asılı olmayaraq, bunu etməyə ehtiyac yoxdur”.

Milyarder həmçinin Ukrayna Silahlı Qüvvələrinin hücumunu davam etdirəcəyi təqdirdə, yeni kütləvi itkilərin olacağını proqnozlaşdırıb.

Daha əvvəl İlon Mask Kiyevin döyüş meydanında qalib gələ bilmədiyini etiraf etmişdi. Öz növbəsində Zelenski 2023 və 2024-cü illərdə hücumu davam etdirməyi planlaşdırdığını açıqlayıb.

Gununsesi.info