İlon Maskın 1 yaşlı oğlu diqqət mərkəzində

Bu yaxınlarda “Time” jurnalının ilin adamı elan etdiyi İlon Mask Nyu-Yorkda keçirilən təmtəraqlı mərasimə tək deyil, bir yaş yarımlıq oğlu ilə birlikdə qatılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Tesla və Space X”-in yaradıcısı ilə oğlu mərasimdə iştirak edənlərin əsas diqqət obyektinə çevrilib. “Time” jurnalının sahibi Mark Benioff hətta İlon və oğlunun videosunu paylaşaraq “Nyu-Yorka xoş gəlmisiniz, X Æ A-12 və Mask” sözlərini yazıb.

HTML tutorial

Xatırladaq ki, iş adamı ilə müğənni Qraymsın oğlu – X Æ A-12 mayda dünyaya gəlib. Cütlüyün verdiyi açıqlamalara görə, X Æ A-Xii adının mənası belədir: X bilinməyən bir dəyişkən, Æ süni intellektin Orta əsr İngilis dilində tələffüzü, A-12 cütlüyün ən sevimli təyyarə modelidir. A hərfi də Qraymsın ən sevdiyi mahnı olan “Archangel” adlı bir mahnıdan gəlir.

Gununsesi.info