İlon Maskın “MARS PLANI”: “Əvvəldə bir çoxları öləcək”

  • By admin
  • 28 Aprel 2021 09:50

Milyarder İlon Mask bildirib ki, Mars missiyası insan qurbanları ilə müşayət olunacaq.

Gununsesi.info xəbər verir ki, CNN telekanalına müsahibə verən iş adamı qırmızı planetə ilk səfər üçün kifayət qədər könüllünün olduğunu qeyd edib.

“Aydındır ki, əvvəldə bir çoxları öləcək. Marsa gedib çatmaq asan deyil”, – deyə Mask bəyan edib

Qeyd edək ki, Ay və Marsa uçuşlar üçün milyarderə məxsus “Space X” şirkəti “Starship” adlı kosmik gəmi hazırlayır. Gəmi 100 nəfərlik heyət üçün nəzərdə tutulub.