İlon Maskın oğlu rəsmən qız oldu

  • By admin
  • 24 İyun 2022 09:52

“Tesla” şirkətinin təsisçisi İlon Maskın oğlu Ksavyer cinsini və soyadını dəyişir.

Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, 18 yaşlı Ksavyerin cinsiyyətinin və adının dəyişdirilməsi tələbi Los-Anceles dairəsinin Ali Məhkəməsi tərəfindən müsbət cavablandırılıb.

Məhkəmə qərarına əsasən, Ksavyer Mask artıq Vivian Cenna Uilson olub.

Qeyd edək ki, İlon Mask 2000-ci ildə kanadalı yazıçı Castin Uilson ilə ailə həyatı qurub. 2002-ci ildə cütlüyün bir oğlu dünyaya gəlsə də, körpə 10 gündən sonra dünyasını dəyişib. Sonradan cütlüyün Ksavyer və Qrifin adlı əkizləri, Demian, Kai və Sekson adlı üçəmləri dünyaya gəlib. Mask və Uilson 2008-ci ildə ayrılıb.

Gununsesi.info