İlqarə Kazımova: “Karantin rejimi hər birimizi yordu”

Xalq artisti, pop diva Aygün Kazımovanın qızı İlqarə sosial şəbəkədə yeni fotosunu paylaşıb.

Gununsesi.info bildirir ki, həmkarları kimi ölkədə tətbiq olunan karantin rejimindən sıxılan gənc müğənni narahatlığını bildirib.

“Dostlar, sizinlə bölüşmək istədiyim şeylər var. “Dəniz ver” mahnısını dənizlər qapalı olduğu zaman hazırlamışdıq. Uzun müddət davam edən karantin rejimi hər birimizi yordu. Çətindir, bilirəm. Metrolar belə qapalıdır.

Bəlkə metro ilə bağlı bir mahnı hazırlayaq?! Necə düşünürsünüz?”, – deyə izləyicilərinə sual ünvanlayıb.

Gununsesi.info