İlqar Məmmədov hakimiyyətdən pul istəyir

  • By admin
  • 11 Fevral 2021 17:56

“Parlament partiyası olduğumuz üçün qanuna əsasən Respublikaçı Alternativə dövlət tərəfindən maliyyə ayrılmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu REAL sədri İlqar Məmmədov söyləyib.
Onun sözlərinə görə, 2021-ci ildə partiyalara bütövlükdə 4 milyon manatın verilməsi nəzərdə tutulub:
” Onun 40 faizi parlamentdəki 11 partiya arasında bərabər bölünür. Bildiyimə görə, partiyalardan biri bu vəsaitdən imtina edib. Deməli, 1 milyon 600 min manat 10 partiya arasında bölünəcək. Belə olsa, bu il REAL 160 min manat dövlət maliyyəsi alacaq. Hər əlavə deputata görə isə partiyalara təxminən 25 min manat verilir, səhv etmirəmsə. Odur ki, hazırda boş qalan 5 dairə üzrə keçiriləcək təkrar və əlavə seçkidə Milli Məclisdə təmsilçiliyimizi artıra bilsək, dövlətdən daha da çox vəsait alıb partiyanın milli məqsədlərə xidmətinə, yəni siyasi mövqeyimizin əsaslandırılmasını gücləndirən araşdırmalara və kampaniyalara xərcləyə bilərik. Seçkiyə hazırlaşaq”.

Gununsesi.info